Yağışlar Poem by Eysan Cabbarov

Yağışlar

Səni mən görəndə
Ürəyim əsərdi.
Səni mən görəndə
Sanki bir əsərdin.

Gözəl gözləri ala
Qəlbimdə yara.
Qızılı saçları
Xatırladır anları.
İncə ağ bədəni
Bəxş edər cənnəti.

Mənə qalan xatirə
Döndərdi şairə.
Gəldi elə bir zaman
Qonaqdır yalan.

Soyudu havalar,
Kölgələr qaralar.
Sənə olan həsrətim
Ürəyimi paralar.

Səni mən görmədim
Görmədim, duymadım.
Bilmirəm hardasan.
Neynərəm ağlasan?

İsladır yağışlar,
Könlümüz alışmaz.
Qəlb qıran bir adam
Sevgidən danışmaz.

Səni mən görmədim
Görmədim, duymadım.
Bilmirəm hardasan.
Neynərəm ağlasan?

İsladır yağışlar,
Könlümüz alışmaz.
Qəlb qıran bir adam
Sevgidən danışmaz.

Dediyin acı sözlər
Dolar sənsiz o gözlər.
Gələr elə bir zaman,
O vaxt deyilər düzlər.

Göyə vurur o anda
Damcılar naxışlar.
Səni o son baxışda
Yağışlar bağışlar.

POET'S NOTES ABOUT THE POEM
This poem was written by Eysan Jabbarov in 2023 December. After the lyrics of the piece were written, it was composed by being performed on the drums. In the piece, the falling of the rain is metaphorically connected with matters of love. It should be noted that the piece is based on a true story.
COMMENTS OF THE POEM
READ THIS POEM IN OTHER LANGUAGES
Close
Error Success