Məsafə yox olub düşün bir anlıq
Fikrim yollarda yox səndə cəmləşib
Dərdindən divanə olduğum varlıq
Əlində bir xəncər mənlə əyləşib
Görəsən o heçmi düşünmür məni
Etdiyin görmədən ölmür mü insan
Görmürmü saçımda ağarmış dəni
Salmır heç yadına, yoxdurmu imkan?
Hələdə vurğunam amma bilirəm
Yarımın gözləri mənçün tələdir
O deyir mən indi yadın biriyəm
Həyatın cəfası, işi belədir
Günahkar özünsən vəfalı yarım
Heç imkan vermədin tanıyım səni
Yadlara uyaraq mən mahnı yazım
Sevgim bir dəryadır, sən isə gəmi
Qəlbimlə qulağım ayrı səsdədir
Yəqin anlayırsan davranışımdan
Haqlısan deməkdə ki o xəstədir
Sənin tək gözələ heç qalarmı can
Səninlə hər şeyi qurmuşam xəyal
Yan yana durmuşuq eşq körpüsündə
Atacam özümü tərpənmə sən qal
Çəkəcəm üzünə qeyibdən sığal
This poem has not been translated into any other language yet.
I would like to translate this poem