Payızın Sonudur, Günlərdən Bazar Poem by Eysan Cabbarov

Payızın Sonudur, Günlərdən Bazar

Payızın sonudur, günlərdən bazar.
Yağıbdır bayırda dizdən bəyaz qar.

Görüş var birazdan sevgili yarla.
Gözləyir məşuqə yarını nazla.

Küçələr sakitdir ürəkdən fərqli.
Oğlanın üzündən sevinci bəlli.

Təbiət də gözləyir, sanki, bu anı
Çəkdi ətəyindən çiskin dumanı.

Dükandan alındı qırmızı güllər.
Güllər o gözəlin saçını süslər.

Güllər də aşiqdən olmuşdu bezar,
Payızın sonudur, günlərdən bazar.

Təmizlədi paltosundan qarını
Uzaqdan gördükdə o öz yarını.

Sözünə başladı titrək səsiylə.
İsidirdi söhbəti öz nəfəsilə.

Darıxdım, çoxdandı görmürəm səni.
Görürsən saçımda ağarmış dəni?

Necəsən, havalar necədir burda?
Üşümürsən bu havada soyuqda?

Üşüsən verərəm sənə paltomu
Deyirdi vərəqlərkən əldə albomu.

Yadında burada getmişdik dağa?
Üzünü çevirib baxıbsan sağa.

Burda da ilk dəfə görüşmüşdük biz.
O gündən qoymuşdun ürəyimdə iz.

Sən dərmanımıydın mən isə azar,
Payızın sonudur, günlərdən bazar.

Yarının şəklinə baxıb həsrətlə,
Gülləri məzara qoydu diqqətlə.

Qoymuşdu görüşdə yar onu tənha.
Etməzdi heç bir gül yerini bərpa.

Fələkdir, hamının işini pozar,
Payızın sonudur, günlərdən bazar.

POET'S NOTES ABOUT THE POEM
This poem was written by Eysan Jabbarov in 2024 November. Although a dramatic tone is taken as the foundation in the poem, it is not strongly felt until the end of the piece. The poem is based on a true story that the poet personally witnessed.
COMMENTS OF THE POEM
READ THIS POEM IN OTHER LANGUAGES
Close
Error Success